BEYNƏLXALQ ANA DİLİ GÜNU.
1999-cu ilin noyabrında keçirilmiş konfransın qərarı ilə 21 fevral Beynəlxalq Ana Dili Günü elan edilmişdir.
Dil hər bir millətin mədəni irsini qoruyan və inkişaf etdirən ən mühüm vasitədir.Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır.Ana dili insanın mənəvi aləminin zənginləşməsində,dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında,öz yaşıdları ilə rahat insiyyət qurnasında mühüm rol oynayır.
Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı,tərcümə vasitəsilə başqa zalqların mədəni irsi ilə tanış olmağa imkan yaradır.Biz bir çox dünya yazıçılarının əsərləri ilə ana dilimizə tərcümədə tanış oluruq.
Azərbaycan dili həm qüdrətli və gözəl, həm də mənalı və şirin dildir. Bu dil ən mürəkkəb fikirləri ifadə etməyə, ən obrazlı epizodları çatdımağa qadir bir dildir.
Səni şəfəq bildim bu cahanda mən,
Bəzən şimşək olub qəzəblə çaxdın.
İlk dəfə dünyaya göz açanda mən,
Qəlbimə günəşin özüylə axdın.