воскресенье, 28 декабря 2014 г.
суббота, 27 декабря 2014 г.
31 dekabr Azərbaycan millətinin ümumdünya birlik günüdür. Bu
bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar
arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının
Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları təDünya Azərbaycanlılarının
Həmrəylik Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin
(SSRİ-İran sərhədləri) dağılması zamanı qoyuldu. Şimali və Cənubi Azərbaycan
arasındakı sərhəd dirəkləri dağıdıldı. Bu vaxt İstanbulda türk dilli xalqların
Konfransı keçirilirdi. Konfrans da dünya azərbaycanlılarının həmrəyliyinin qeyd
olunmasına qərar verdi.
1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini
nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan
etdi. Beləliklə, bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr Dünya Azərbaycanlılarının
Həmrəylik Günü bayram edilir. Azərbaycanlılar bu gün ilə fəxr edir və onu
qürurla qeyd edirlər.rəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca
çevrilmişdir.
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayramı
dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunur. Həmrəylik
günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib, Yeni il isə ikinci
plana keçib. Həmrəylik gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda
doğulub böyümüş, Azərbaycan əsilli diaspor nümayəndələri də qeyd edirlər.
El bilir
ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Anam doğma vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!
воскресенье, 14 декабря 2014 г.
Abbas Səhhət (1874-1918)
Şair, dramaturq, tərcüməçi Abbas Əliabbas oğlu Mehdizadə
(Abbas Səhhət) 1874-cü ildə Şamaxıda ruhani ailəsində dünyaya gəlmiş, ilk təhsilini
elə burada almışdır. 1900-cü ildə Tehran Universitetinin tibb fakültəsini bitirən
və rus, ərəb, fars və fransız dillərini mükəmməl bilən gənc 1901-ci ildə
Şamaxıya qayıdır və həkimliklə yanaşı məktəblərdə Azərbaycan dilindən dərs
deyir
Orta məktəb illərində «Vətəni sevməyən insan olmaz, olsa da
ol kəsdə vicdan olmaz» şeiri ilə yaddaşımızda qalıb Abbas Səhhət. Heç düz-əməlli
tərcümeyi-halını da oxumamışıq. Yalnız 1874-cü ildə Şamaxıda doğulduğunu, Azərbaycanın
ilk ali təhsilli həkimlərindən olduğunu, məktəblilər üçün şeir yazdığını və
1918-ci ildə vəba xəstəliyindən dünyasını dəyişdiyini bilirik. Bu böyük mütəfəkkirin,
milli mətbuatımızın cəfakeşinin hansı şəraitdə öldüyü və məzarının harda olması
barəsində təzadlı informasiyalardan da xəbərdar deyilik
Ermənilərin 1918-ci ilin martın 31-dən aprelin 2-dək Bakıda
törətdikləri qırğınlar Şamaxıda təkrarlandı, 7 min dinc insan qətlə yetirildi,
qədim Şamaxı məscidi içərisində insanlar yandırıldı. Bu qanlı qırğınlar zamanı
Abbas Səhhətin evinə də od vuruldu. Şair əlyazmalarını belə götürməyə macal
tapmadı. Ailəsi ilə birgə pay-piyadə Gəncəyə tərəf üz tutdu. Qana susamış erməni-bolşevik
silahlıları ailəsini yolda yaxalayaraq fiziki və mənəvi iztiraba düçar etdi.
Dar gündə lazım olar deyə götürdükləri əmanət və azuqə də əllərindən alındı.
A.Səhhətin soyqırım qurbanı olmasını əsaslandıran faktın
daha tutarlı olmasını sübut edən digər mənbə ötən il tərəfimdən aşkarlanan
1918-ci ilin noyabrın 12-də yalnız bir sayı işıq üzü görən, «Qardaş qayğısı» qəzetində
Binəva ləqəbli müəllifin çap etdirdiyi «Qanlı günlər» məqaləsidir. Məqalədə
Şamaxıda baş verən vəhşətlərin detalları ilə yanaşı, A.Səhhətin erməni
«bandaları»nın qurbanı olmasına da toxunulur:
Bu gün də orta məktəb kitablarında Səhhət irsinə müraciət
olunur, onun milli ruhda qələbə aldığı əsərlərdən yararlanırıq. Ancaq böyük mütəfəkkirin
faciəli həyatından yetərincə xəbərimiz yoxdur.
Abbas Səhhət yaradıcılığı, maarifçilik missiyasını uğurla həyata
keçirməsi, şəxsiyyəti, faciəli həyatı nə qədər öyrənilsə də, yenə də kifayət
etmir. Gəlin klassiklərimizə sayğı duyaq, onları oxuyaq, öyrənək və gələcək nəslə
təbliğ edək.
Məktəb şagirdi – Abbas Səhhət
İştə bir tərbiyəli, aqil bir uşaq,
İştə bir zirək, ayıq, kamil uşaq,
Geyinib məktəbli formasını,
Götürüb qoltuğuna çantasını,
Məktəbə şövqi-tama ilə gedir,
Keçməsin vaxtı deyə sürət edir.
Gecə-gündüz çalışır mərdanə,
İstəyir sibqət edə ərqanə.
Könlünün arizuyla-yektası:
Vətənü millətinin ehyası.
A çocuq,
get sənə haq yar olsun.
Cümlə halında mədədkar olsun.
Elm təhsili əziyyətli isə,
Qışda yol getməyi zəhmətli isə,
Qorxma qeyrətlə çalış, əlbəttə,
Biləcəksən, oxusan tez vəqtə –
Ki, cahan
içrə böyük insanlar,
Nə qədər zəhmətə
düşmüş onlar.
Sinfi-ədadini
təkmil eylə,
Məktəbi-alidə
təhsil eylə.
Səy elə, sən
də böyük insan ol,
Doğruluqla
bu ada şayan ol!
Qoy cahan
elm ilə pürnur olsun,
Vətən o sayədə
məmur olsun.
Подписаться на:
Сообщения (Atom)