суббота, 29 ноября 2014 г.

Hər bir kimsənin ya da toplumun intellektual, bilik və mədəni səviyyəsi nə qədəryüksəkdirsə, bir o gədər onların dünyagörüşü yetərli təməllərərə arxalanır. Bu səviyyələr olmayanda isə, insanlar öz fikirlərini, baxışlarını, yaşam prinsiplərini əsaslandıra bilmirlər, öz fantaziyalarına, mövhumatlara qapanıb, ziddiyətlərdən çıxa bilmirlərEyni zamanda, dünyagörüşü təkcə düşüncəyə və biliyə deyil, həmdə emosiyaların üzərində qurulur. Çünki hər bir kəsin əsəb, sevgi, nifrət və s. kimi duyğuları vardır. Buna görə də intellektual biliklər bunlarla sintezə girib birgə ifadə olunurlar. Bununla da  dünyanın duyulması və anlaşılması prosesi baş verir.Bununla belə, dünyagörüşü durğunluqda qalmış, dəyişkən olur. Burada yaşam boyu olan şübhələr böyük pol oynayır.Öncə aydın olan hər bir şey, zaman keçdikcə şübhə altına düşə bilər və bu normal prosesdir. Bunu etiraf edib dəyişən insanlar şübhələrə cavab axtarıb irəliləyirlər. Şübhələri boğanlar isə irəlləyişi əldə etməyərək ehkamçı olurlar.Dünyagörüşü çox geniş anlamlı bir anlayışdır, dünyaya və insanın buradakı yeri haqqında baxışlar sistemidir. Çeşidli baxışların, dəyərlərin, davranışların toplusudur. Toplumun və hər bir kəsin düşüncəsində yaranan mürəkkəb və bəsit və varsa, dunyagörüşüdür. O hər kəsə ya da topluma məxsus ola bilər. Hər bir dönəmin də öz dünyagörüşü vardır. İnsanın dünyagörüşünün hər bir hissəciyi başqaları ilə sıx bağlıdır, onların hamısı bir-biri ilə ilişkidədirlər.


     Diqqətinizə bir neçə sual çatdırıram:

11. Yağış yağanda dovşan hansı ağacın altında oturur?
2.2.    Siz təyyarədə oturmusuz, sizdə öndə at var arxanızda isə maşın. Siz hardasız?
3.3.    Bir adam almanın birini 5 qəpiyə alıb 3 qəpiyə satır. Çox keçmir ki, həmin adam millioner olur. Bunu necə əldə edir?

     Uğurlar!!!!
       


Комментариев нет:

Отправить комментарий