ƏZIZ DOST, ÖZÜNÜ AŞAĞIDAKI PUNKTLARA GÖRƏ DƏYƏRLƏNDİRƏ BİLƏRSƏN.
  1. Hər bir insanda özünəməxsus təmayüllər, qabiliyyətlər vardır, buna əsasən peşə seçmək gərəkdir. Səndə ən çox təzahür olunan istedad əlamətlərini qeyd et;
güclü yaddaş, müşahidəçilik, dərrakə ilə götür – qoy etmək, hərəkətlərdə incəlik və dəqiqlik, incə iybilmə həssaslığı, rəngləri və çalarları ayırma qabiliyyəti, sağlam düşüncə, bütün elmlərə marağın dayanıqlılığı, texnika ilə əlaqədar olmaq, konstruktlaşdırmaq bacarığı, modelləşdirmə, eksperimentlərə maraq, uşaqlara sevgi və daim onlarla birgə olmaq istəyi, səyahətlərə həvəs, çox görmək arzusu, təbiətə, heyvanlara  sevgi,  kulinariyaya maraq, ünsiyyətdən daim zövq almaq.
  1. Sən başqalarından nə ilə fərqlənirsən? Yaşıdlarından nəyə görə geri qalırsan, onları  nə ilə üstələyirsən?
  2. Bəzi  ixtisaslara bu və ya digər çatışmazlıqlara görə yiyələnmək olmur. Belə çatışmazlıqlar peşəyə olan məhdudiyyət adlanır. Aşağıdakılardan səndə olanları nəzərə almalısan:
Qidalara, qoxulara qarşı allergiya, səhhətindəki problemlər, xəstəliyı meylilik (immunitetin zəif olması və s.), tez yorulmaq, qıcıqlanma, səbrsizlik, qandan, insani əzablardan qorxmaq, tez özündən çıxmaq, müvazinətsizlik, insanlarla ünsiyyətdən tez yorulmaq, səliqəsizlik, dağınıqlıq, işə və məişətə qarşı etinasızlıq, dözümün  olmaması, yaşıdlar və böyüklərlə münasibətdə münaqişələr, pis yerinə yetirilmiş işi yenidən görmək istəyinin olmaması.
  1. Əgər başqa seçimin olmasaydı aşağıdakı peşələrdən hansını seçərdin (qeyd et):
Motorçu, polis, inşaatçı, gözətçi, dayə, sürücü, satıcı, kulinar, meyvə - tərəvəz alverçisi..
  1. Sənin üçün nümunə sayılan bir insanın peşəkar xüsusiyyətlərini qeyd et:
Öz işinin əhli olmaq, dərin biliklərə sahib olmaq, mütəfəkkir olmaq, dözümlülük, işdə səbr və səbat,  ağlın yaradıcılığı, təfəkkürün qeyri – standart olması, sadə olmaq bacarığı, insanlarla ünsiyyətdə rahat və əlçatan olmaq, özünə və işinə tələbkarlıq, əməyin yüksək məhsuldarlığı, onun keyfiyyəti, sevimli işə özünü tamilə həsr etmək, şərtləri və imkanları nəzərə almaq bacarığı, çətinliklərin öhdəsindən gəlmək bacarığı, öz gücünə inam.
  1. Gələcək peşənə tələbini qeyd etməlisən:
Hədsiz fiziki yükün olmaması, konkret nəticələr, yaradıcılıq imkanı, qabiliyyətləri inkişaf etdirmək imkanları, yüksək maaş, sevimli işlə məşğul olmaq imkanı, maraqlı insanlarla  ünsiyyət , yüksək ictimai dəyərlilik, işin məzmunundakı müxtəliflik, asudə vaxt,  iş saatlarını özün təyin edə biləcəyin iş imkanı.
  1. Hansı fənn sənin üçün sevimli dərsdir? Nəyə görə?
Asan mənimsədiyim üçün, idrak və qabiliyyətlərimi yaxşı inkişaf etdirdiyi, bu fənnin müəllimi xoşuma gəldiyi üçün, bu fənnin keçilməsini bəyəndiyim üçün, bu fənnin bilikləri universitetə daxil olmaq üçün vacibdir deyə, gələcək peşəm üçün vacib bilikləri bu dərsdən aldığım üçün ____________________________________________ (fənnini/dərsini) sevirəm.

Bu verdiyiniz cavablar sizə öz maraqlarınız, meylləriniz, qabiliyyətləriniz və imkanlarınız, peşə seçimindəki əsas motiviniz barədə  ilkin məlumat verir. Aldığınız nəticələr, sualları cavablandırarkən yaranan düşüncələriniz , özünüzlə bağlı  aşkarladığınız məsələləri düşünün. Müəllimləriniz və valideynlərinizlə, eləcə də məktəbinizin psixoloqu ilə nəticələri müzakirə etmək şansınızı dəyərləndirin.