Birinci sinif şagirdlərinin məktəbə
adaptasiya olunması.
Səfixanova Südabə.
Məktəbdə tədrisin ilk ili uşağın həyatında çox mürəkkəb və mühüm dövrdür.
Təhsilin ilk pilləsinə qədəm qoyan balacalar onlar üçün yeni olan bu
həyta çox sevinclə atılırlar.
Balacaların çox böyük hissəsi təhsil almaq ,məktəbə getmək arzusundadır.
Lakin uşaqlar onlar üçün
açılmış bu yeni dünyada qarşılarına çıxan yeni təlim-tərbiyə prosesinə qoşularkən
adaptasiya müddəti onlar üçün çox çətin olur.
Onlar psixiki gərginliklər keçirirlər: Məktəb həyatında qarşıya çıxan qeyri-müəyyənlik effekti şagirddə həyacan və diskomfort
yaradır.Onların həyat təcrübəsi çox azdır., Yeni rejim , psixiki yük əvvəlki stereotipləri yox edir.Hətta
ciddi rejimdə gözəl tərbiyə alan,qayda
–qanunlara raiyyət edən uşağın
davranışlarında ciddi dəyişikliklər hiss olunur. Bəzi uşaqlarda əsəb gərginliyi,qıcıqlanma
halları baş verir.
Həddindən artıq yüklənmə uşağın ışqabiliyyətini aşağı salır və onu
tez yorur.
Işqabiliyyətini inkişf etdirmənin bir çox faktorları var. Burada mütləq uşağa
tapşırılmış işə göstərəcək emosional
marağı və alacağı nəticədir.Yorğunluq
tapşırığı yerinə yetirmək həvəsini öldürür.Əyər çətinliklə
qarşılaşırsa o ruhdan düşür və narahat olmağa,ağlamağa başlayır.
Adaptasiya zamanı
uşaqlar müəllimin xüsusi diqqətinin,onun
sevgisinin
əhatəsində olmalıdırlar.Müəllim daim o uşaqların ruh yüksəkliyini qaldırmalı,onlarında mütləq
başqa uşaqlar kimi yaxşı oxuyacaqlarını,çətinliklərin arxada qalacağını əmin
etməlidir.
Sinifdə proqram materialını gec
qavrayan ,çətinliklə tapşırıqları
yerinə yetirən uşaqlar da var.Lakin bəzi müəllimlər belə uşaqları ləng
olduqlarına görə danlayır,onlara acıqlanır,nümunəvi şagirdi onlara nümunə göstərirlər.
Müəllim çətin məqamlarda mütləq bu şagirdlərin yanında olmalı,onlara
bu çətinlikləri dəf etməyə kömək etməlidir.
Uzun müddətli təcrübəm və müəllim yoldaşlarımın dərslərini dinləyərkən etdiyim müşahidələr onu götərir ki, bir çox
üsulların köməyi ilə qısa zamanda müvəffəqiyyət
əldə edə bilərik.Fikrimi sizinlə bölüşmək istəyirəm.
Şagirdi,ayrı-ayrı yaradılmış
qrupu,hətta bütöv sinfi tərifləmək,mükafatlandırmaq.
Bunu siz parta arxasında düzgün oturmağı,səliqəli yazını,üzündən
oxumağı və s nəzərdə tutaraq mükafatlandıra
bilərsiniz. Bunu siz dərs prosesində
xüsusi zaman ayırmadan edə bilərsiniz.Bu zaman uşaqların reaksiyası çox müsbət
olacaq,onlar da nəzərə çarpmağa
çalışmayaraq bu prinsipləri böyük həvəs və maraqla yerinə yetirməyə çalışacaqlar.
Başqa bir profilaktikada keçirmək olar.Məsələn,mən uşaqlara deyirəm:”Mən
indi baxacağam görüm, sizlərdən kim dərsliyini
səssiz və tez açacaq?”
Müəllim stolumun üzərində olan bayraq və yaxud başqa bir əşya seçilən şagirdin partasının üzərinə qoyulur.Belə hal la ənənəvi olur.
Mükafatlanma ən çox
keçirdiyimiz oyunlar zamanı olur.Məsələn:uşaqlara”Bu çələngi
kim hədiyyə edəcək?” Oyunun mənası budur ki, dərs prosesində fərqlənən
şagirdə texnologiya dərsində rəngli kağızlardan,açıqçadan kəsilmiş çiçəklərdən gül çələngi təqdim
olunur. Belə oyunu yaxşı olardı ki,çətin tapşırıqların həlli zamanı keçirilsin.
Tədris ili boyunca,həftənin ,yarımilliyin sonunda keçirilməsi
daha məqsədə uyğundur.
Oyunlar uşaqlarda stimul yaradır,onlara xoş əhval ,nizam-intizama
riayət etməyə sövq edir.
Uşaqların emosional əhval-ruhiyəsindən asılı olaraq mən dərs prosesində daim musiqidən.,idman dəqiqələri
ni ritmik gimnastika,rəqs elementlərindən
istifadə edirəm..Musiqi şagirdin gərginliyini, zehni yorğunluğunu aradan
götürür , uşaq özünü sərbəst hiss edir.
Musiqidən əlavə mən dərs prosesində yanıltmaclardan,atalar sözlərindən
,lətifələrdən tez-tez istifadə edirəm.
Bu üsulların hamısı ayrı-ayrılıqda şagirdin adaptasiya müddətinin müsbət keçməsinə zəmin yaradır.
Bu üsulların hamısı ayrı-ayrılıqda şagirdin adaptasiya müddətinin müsbət keçməsinə zəmin yaradır.
Uşaqların adaptasiya olunma dərəcəsinə
görə şərti olaraq üç qrupa ayırmaq olar.Birinci
qrup uşaqlar təhsilin ilk iki ayı ərzində adaptasiya olunurlar.Bu
uşaqlar kollektivlə nisbətən tez qaynayıb-qarışırlar,məktəbə alışır,yeni
dostlar qazanırlar.Onların demək olar ki,həmişə əhval-ruhiyyələri yaxşı
olur,sakit,xeyirxah,vicdanlı olurlar və müəllimin bütün tələblərini zahiri gərginlik
olmadan yerinə yetirirlər.Bəzən onlarda çox az hallarda
uşaqlarla əlaqədə,ya da müəllimlə
münasibətdə çətinliklər müşahidə olunur,çünki bütün davranış qaydalarının tələblərinə
riayət etmək onlar üçün hələ çətindir.Lakin oktyabrın
sonlarına yaxın bu uşaqların bütün çətinlikləri,bir
qayda olaraq,aradan qalxır,uşaq yeni şagird statuslarına,yeni tələblərə və yeni rejimə tamamilə öyrəşir.
Məktəbin birinci sinif uşaqların həyatında ən ağır dövrlərdən
biridir.Məktəbə gələn zaman sinif kollektivi,müəllimin şəxsiyyəti,rejimin dəyişməsi
,hərəkət fəaliyyətinin uzun
Müddət məhdudlaşması və yeni
öhdəliklərin yaranması uşağa öz təsirini göstərir.
Məktəbə
uyğunlaşaraq uşağın orqanizmi bütün qüvvəsini sərbəst edir.Lakin nəzərə almaq lazımdır
ki,adaptasiyanın dərəcəsi və sürəti hər kəs üçün individualdır,buna görə də hər
bir uşağa onu əhatə edən böyükləri tərəfindən kömək və böyük səbir göstərilmə-
lidir.
Valideynlər övladlarının müvəffəqiyyətlərini
səbirlə gözləməlidirlər.Məktəb uzun müddət obyektiv qiymətləndirmə mühiti
olaraq qalmalıdır.Lakin valideyn uşağa təkcə o, yaxşı oxuduğuna görə yox,öz
övladı olduğuna görə sevməli,heç nəyə baxmayaraq ona dəyər verdiyini göstərməlidir.
Комментариев нет:
Отправить комментарий