пятница, 31 октября 2014 г.
четверг, 30 октября 2014 г.
Maarifçilərimizi tanıyaq
Qəhrəman ağa Şıxlinski
1887-ci ildə Qazax qəzasının İkinci Şıxlı kəndində dünyaya gəlmişdir. Xalq yazıçısı İsmayıl Şıxlının atası, Cahandar ağanın kürəkənidir. İkinci Şıxlı kənd rus-tatar məktəbini bitirdikdən sonra Qori Müəllimlər Seminariyasında oxumuşdur
(1901-1906). Qazaxın və başqa qəzaların müxtəlif kəndlərində müəllim, məktəb müdiri olmuş, bir çox yerlərdə məktəblər açılmasında və əhalinin maariflənməsində mühüm işlər görmüşdür.
Qəhrəman müəllimin şairlik istedadı da olmuşdur. İsmayıl Şıxlı “Cəbhə gündəlikləri” əsərində atasından şeirlə yazılmış məktub aldığını qeyd edir. Əsrin əvvəllərində Bakıda çıxan qəzet və jurnallarda (“Məktəb”, “Günəş” və sair) onun uşaqlar üçün kiçik hekayələri, şeirləri, didaktik xarakterli əsərləri dərc edilmişdir.
30-cu illərin əvvəllərində əvvəlcə Qazaxın Qaymaqlı kənd məktəbində müdir, sonra isə Kosalar kənd məktəbində rus dili müəllimi işləmişdir. Ömrünün sonunadək burada işləyən Qəhrəman müəllimin əməyi yüksək qiymətləndirilmiş və
Lenin ordeni ilə təltif edilmişdir.
1956-cı ildə Qazax rayonunun Kosalar kəndində dünyasını dəyişmişdir.
Qəhrəman ağa Şıxlinskiəman ağa Şıxlinski
воскресенье, 26 октября 2014 г.
Подписаться на:
Сообщения (Atom)