пятница, 26 сентября 2014 г.

İnformatika fənninin ibtidai siniflərdə tədrisi

Milli Kurrikulum əsasında hazırlanmış “INFORMATIKA-1” DƏRSLİK KOMPLEKTİ HAQQINDA İNFORMATİKA fənn kurikulumunun bəzi xüsusiyyətləri 1999-cu ildən başlanan təhsil islahatının mühüm hissəsi olan Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası - Milli Kurrikulumun tətbiqi Azərbaycanda təhsilin keyfiyyətcə yeni mərhələyə keçməsini təmin edir. Kurrikulum sadəcə tədris proqramı deyil. O, bütöv bir prosesdir – təhsil prosesi. Kurrikulumda dəqiq qeyd olunur ki, uşaq məktəbi bitirərkən nəyi bilməli və bacarmalıdır. Əgər nəticə yoxdursa, bu ilk növbədə müəllimin nöqsanıdır. Bu çox demokratik bir sistemdir. Müəllim hər bir sinif üçün öz kurrikulumunu tərtib edə bilər. Məqsəd bir olduğundan onu müxtəlif yollarla əldə etmək olar və müəllim bunu ona rahat olan yolla edə bilər Kurrikulum bu və ya digər informasiyanın uşağın hansı yaş dövründə onun beyninin qavraya biləcəyini nəzərə alır. Burada son məqsəd uşağa bilik vermək deyil, bilik – vasitədir. Son məqsəd isə uşağın praktiki bacarıqlara yiyələnməsi ilə onu ölkə vətəndaşı kimi formalaşdırmaqdır. Bu elmin tədrisi yox, yaşam üsuludur. Kurrikulum mükəmməl sistemdir və o artıq Qərbdə və dünyanın ən qabaqcıl ölkələrində tətbiq olunur. Bu günə kimi bu və ya digər fənnin tədrisi sistemli yanaşma olmadan, subyektiv amillər əsasında tədris olunurdu. Kurrikulum isə informatika fənninin niyə məhz ibtidai siniflərdən tədris olunmasına dəqiq cavab verir: bu müasir reallıqdan doğan zamanın tələbidir. Bu o deməkdir ki, məktəbdə tədris olunan fənləri elm yox, ictimai özüllər müəyyənləşdirir. Yəni təhsil sistemi cəmiyyətin bugünkü tələbatına cavab verməlidir. Ümumtəhsil məktəblərində İnformatika fənninin məzmunu tədris prosesində tədricən və kəsilmədən açılmaqla aşağıdakı məzmun xətlərinə əsaslanır: - İnformasiya və informasiya prosesləri - Formallaşdirma , modelləşdirmə, alqoritmləşdirmə və proqramlaşdirma - Kompyuter, informasiya və kommunikasiya texnologiyalari və sistemləri - Cəmiyyətin informasiyalaşdırılması Ümumtəhsil məktəblərində “İnformatika” fənninin tədrisinin əsas məqsədləri bunlardır: - informatika fənni barədə bir elm kimi təsəvvürlərin formalaşdırılması; - şagirdlərin müasir cəmiyyətə uyğun praktiki hazırlığının təmin edilməsi; - informasiya mədəniyyətinin tərbiyə edilməsi. Ümumtəhsil məktəblərində “İnformatika” fənninin tədrisinin əsas vəzifələri bunlardır: - kompüter savadlılığının əsaslarının formalaşdırılması; - məntiqi və alqoritmik təfəkkürün inkişaf etdirilməsi; - fərdi və koollektiv iş bacarıqlarının formalaşdırılması. Təlimin metodologiyası şagirdlərin bilik və bacarıqlarına kurrikulum sənədində alt standartlar əsasında müəllim tərəfindən müstəqil olaraq müəyyən olunur. Bu zaman şagirdlərin yaş xüsusiyyətləri və bilik səviyyələri mütləq nəzərə alınmalıdır. İnformatika fənn kurikulumu şagirdlərdə aşağıdakı istiqamətlərdə bilik və bacarıqların formalaşması məqsədini daşıyır: alqoritmik – şagirdlərdə alqoritmik və məntiqi təfəkkürü inkişaf etdirmək; texnoloji - müxtəlif praktiki məsələləri həll etmək üçün tətbiqi proqramlarla işləmək bacarığını formalaşdırmaq; Tədris olunan informasiya texnologiyaları şagirdlərin praktiki fəaliyyət sahəsini əhatə etməklə, on¬la¬rın praktiki hazırlıqlarını və beləliklə də müasir cəmiyyətə uğurlu adaptasiyalarını təmin edir. İn-for¬ma¬siya texnologiyaları arasında kommunikasiya texnologiyaları çox mühüm yer tutur. Kom¬mu-ni¬ka¬si¬ya texnologiyaları təlim və praktiki fəaliyyət sahələrinin mühüm hissəsini təşkil edir. “İnformatika” fənninin tədrisinin dünyagörüşü və tərbiyəvi aspektləri informasiya mədəniyyətinin, əqli əmək mədəniyyətinin, şəxsiyyətin ümumbəşəri keyfiyyətlərinin (zəhmətsevərlik, məqsədyönlülük, iradə, müstəqillik, yaradıcı aktivlik və s.) inkişaf etdirilməsi ilə həyata keçirilir. İnformatika fənninin fəndaxili və fənlərarası əlaqələri onun məktəb tədris sistemində həm bir fənn kimi, hə də müasir cəmiyyətdə bir elm sahəsi kimi vacibliyini göstərir. Bu əlaqələrin möhkəmlik səviyyəsi isə praktiki tapşırıqların məzmun və tətbiqi xarakteri ilə müəyyən olunur. Tədris fənninin əsas məzmununu informasiya və informasiya prosesləri, praktiki məsələlərin qoyuluşu və onların proqramlaşdırma dilləri vasitəsilə həlli, həmçinin, informasiya texnologiyaları haqqında biliklərin elementləri təşkil edir. “INFORMATIKA-1” DƏRSLİK KOMPLEKTİ Təhsildə keyfiyyət dəyişikliklərini həyata keçirmək üçün tamamilə yeni tələblərə cavab verəcək dərsliklərin yaradılması çox vacibdir. Kurrikulum sənədi ümumi təlim nəticələrinə nail olmaq istiqamətində bütün fəaliyyətlərin - dərslik və tədris vəsaitlərinin ha¬zır¬lanması, tədris materiallarının planlaşdırılması, təlim üsullarının müəyyənləşdirilməsi və müəllim hazırlığı üçün təlimat və qaydaların əsasını təşkil edir. O, tədris prosesində üfüqi və şaquli inteqrasiyanı, fəndaxili və fənlərarası inteqrasiyanı, təlim strategiyalarını və qiymətləndirmə vasitələrini əhatə edir. İnformatika fənni üzrə standartlar orta təhsil kursu çərçivəsində bütün şagirdlər üçün vacib olan məzmunu əhatə edir, şagirdlərin qavrama qabiliyyətlərini, bilik və bacarıqlarını təsvir edir, hər bir şagirdin informatika sahəsində öyrənə biləcəyi və öyrənməli olduğu məsələləri müəyyən edir, şagirdləri orta təhsildən sonrakı pilləyə hazırlayır. 2008-ci ildən tətbiq olunan Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurrikulumu) üzrə ilk dəfə hazırlanmış İnformatika fənnindən 1-ci siniflər üçün dərslik, iş dəftəri və müəllimlər üçün vəsaitdən ibarət dərslik komplekti artıq müəllim və şagirdlərin ixtiyarına təqdim olunmuşdur. Digər fənlərdən fərqli olaraq İnformatika fənninin tədrisində kompüter texnologiyalarından geniş istifadə etmək məqsədilə bu komplektə “İnfo - ko 1” diski də əlavə olunur. Bu disk dərslik və iş dəftərinin elektron versiyası deyil. Müəllimlər üçün dərslik komplektini tamamlayan və təlim prosesində dərslik və iş dəftəri ilə paralel istifadə olunan köməkçi vəsaitdir. Müəllimlər üçün vəsaitin əvvəlində Milli Kurrikulumun fəlsəfəsi, məqsəd və vəzifələri barədə konseptual xarakterli qısa məlumat verilir. Sonra müəllimlər üçün dərsin planlaşdırılmasında yardımçı olacaq bəzi interaktiv təlim metodlarından bəhs edilir. Təlim prosesinin çox mühüm hissəsi olan fəndaxili və fənlərarası inteqrasiyanın bəzi cəhətləri və mövzular üzrə digər fənlərlə inteqrasiya imkanları xüsusi inteqrasiya cədvəlində verilmişdir. Fənn üzrə məzmun standartlarının reallaşma cədvəli tədris vahidləri, bölmə və mövzuların təşkilinin fəndaxili inteqrasiya prinsipini açıqlayır. Elə buradaca dərsliyin strukturu verilmişdir. Kurrikulum sənədinə əsasən şagird nailiyyətlərinin qiymətləndirilməsi konsepsiyasının bəzi elementləri və informatika fənni üzrə qiymətləndirmə standartları verilmişdir. Hər bir məzmun standartı üzrə qiymətləndirmə standartları əsasında diferensial təlim nəzərə alınmaqla hazırlanmış iş dəftəri aşağıdakı quruluşa malikdir: -Çalışma və tapşırıqlar - İstiqamətləndirici suallar - Ev tapşırıqları. Ümumi məlumatlardan sonra kitabda hər bir mövzu üzrə müəllimə dərsin planlaşdırılması nümunəsi verilmişdir və təbii ki, hər bir müəllim bu tövsiyələrdən məqsədəuyğun surətdə istifadə edə bilər. Metodiki tövsiyələr ilk dəfə məktəbə qədəm qoyan uşaqların məktəb həyatına alışmalarının real psixoloji aspektləri nəzərə alınmaqla işlənmişdir. Metodiki vəsaitdə verilən hər bir dərsin planlaşdırılması nümunələri aşağıdakı hissələrdən ibarətdir: - Tədris olunan mövzunun adı və dərsin konkret məqsədi; - Hər bir mövzu üzrə inteqrasiya imkanları; - Dərsin tipinə aid göstərişlər: öyrətmə-öyrənmə prosesinin tövsiyə edilən Təkrar, Praktiki və ya tətbiqi , Öyrədici və ya Yeni bilik verən dərs tiplərinin müəyyən edilməsi. - Öyrətmə-öyrənmə prosesinin maksimum effektivliyini üçün dərsin tövsiyə edilən forması: Dərs - diskussiya, Konfrans dərs forması, Debat - dərslər, Müzakirə-dərslər, İnteqrativ dərslər, Kompüterdə iş və s. - Diferensial təlim(təlim nəticələri zəif və yüksək olan şagirdlər üçün) - İstifadə oluna bilən təlim üsulları və strategiyalar - Dərsin mərhələləri:motivasiya, tədqiqat sualı, tədqiqatın aparılması(müxtəlif sual, oyun və interaktiv təlim metodlarından istifadə etməklə mövzunun mənimsənilməsi), çalışma və tapşırıqları həll etməklə biliyin möhkəmləndirilməsi və mövzunun ümumiləşdirilməsi. Təqdim olunan dərslik komplektində ibtidai siniflərdə informatika dərslərinin bəzi praktiki saatlarını kompüterlər vasitəsilə və xüsusi metodika ilə hazırlanmış kompüter proqramından istifadə etməklə keçirilmək imkanı nəzərə alınmışdır. Kompüter texnikasından sərbəst istifadə etmək imkanı olan müəllimlər 4-cü tədris vahidinin bəzi bacarıqlarını il boyu tədricən praktiki işlər zamanı “İNFO-KO 1” diskindən istifadə etməklə şagirdlərə mənimsədə bilər. Bu halda “Kompüter” adlanan sonuncu tədris vahidinin uyğun bacarıqlar üçün nəzərdə tutulan saatlarını azaldaraq il boyu keçirilən praktiki işlərə paylamaq olar. Kompüter texnikasından istifadə imkanları məhdud olan müəllimlər öz dərslərini dərslik və şagirdlərin iş dəftərlərində verilmiş tapşırıqlar əsasında planlaşdıra bilərlər. Şagird iş dəflərindəki çalışmaları həll etməyə müəllim, valideyn və ya özündən böyük bacı-qardaşının köməyi ilə başlayır. Şagirdin tapşırığın mətninin oxuyub başa düşməsində, onu kompüter və ya iş dəftərində yerinə yetirməsində böyüklərin köməyinə ehtiyacı ola bilər. Bu zaman uşağın inkişaf və özünüdərketmə prosesi gedir. Kompüterdə oyunlarla yeni biliklərin əldə edilməsi uşağın xoşuna gəlir və informatika dərsi uşağın gözündə mənalı və faydalı xarakter alır. İş dəftərində şagirdin bacarıq və inkişaf səviyyəsindən asılı olmayaraq həmişə onun həll edə biləcəyi tapşırıqlar var: Kimsə tez hesablamağı bacarır, kimsə gözəl rəsm çəkir, kiminsə möhkəm yaddaşı və iti hafizəsi var, kimsə kompüter proqramlarında yaxşı işləməyi bacarır. Təlim konkret rəqəmlərlə qiymətlədirilmədiyindən pis oxuyan və uğursuz şagirdlər olmur. Bununla yanaşı iş dəftərlərində müəllimlər üçün formativ və summativ qiymətləndirmə vasitələri(testlər) nəzərdə tutulmuşdur. Bu testlər yalnız müəllimlərin öz işlərini tənzimləmək üçün nəzərdə tutulsa da uşaqların da xoşuna gələcəkdir. Onlar müstəqil olaraq öz nailiyyətlərini görür və uğurlarına sevinərlər. Onlarda şəxsi qürur hissi formalaşır. Hər tədris vahidinin sonunda verilmiş tapşıriqlar müəllimlərə təklif olunan xüsusi qiymətləndirmə cədvəlində özləri üçün hər bir şagird nailiyyətləri üzrə cədvəl təqdim olunur. Respublika Prezidentinin imzaladığı və artıq başa çatmış “2005-2007-ci illər üçün Orta Ümumtəhsil məktəblərinin İnformasiya və Kommunikasiya texnologiyaları ilə təminatı üzrə Dövlət Proqramı” çərçivəsində görülmüş işlər informatika dərslərinin kompüter texnikasından istifadə etməklə daha səmərəli keçirilməsinə geniş şərait yaradır. Azərbaycan respublikası Prezidentinin 2008-ci il 10 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqrami”nın həyata keçməsi təhsil sektorunun tam informasiyalaşdırılmasını təmin edəcək və İnformatika fənnini digər fənlər üçün “açar fənni” rolunu daha da möhməklədəcəkdir. Məhz bu proqramdan sonra Data Mərkəzində cəmləşən resursladan istifadə imkanları informatika bir fənn kimi digər fənnlər üçün meta fənn funksiyasını icra edəcəkdir.

x

Şagirdlərimlə tarixə səyahət......


четверг, 25 сентября 2014 г.

Uşaq yazıçıları

Uşaq ədəbiyyatı dərsliklərdə 2009-cı il uşaq ili elan olunandan sonra uşaq ədəbiyyatının problemləri gündəmə gətirildi. İstər dövlət, istərsə də özəl nəşriyyatlar bu sahədə xeyli kitab-jurnal nəşr ediblər. “Təhsil”, “Aspoliqraf”, “Çaşoğlu”, “Tutu” və b. nəşriyyatlar maraqlı elmi və bədii vəsaitlər çap etməyə başladılar. Eləcə də kitabxanalarda uşaq kitabları bölmələri, guşələri yaradıldı. Eyni zamanda vaxtaşırı uşaqlar üçün kitab sərgiləri keçirilir. Uşaq ədəbiyyatının ali məktəb səviyyəsində tədrisi ilə bağlı da çox mühüm işlər görülür. ADPU-da uşaq ədəbiyyatı ilə bağlı iki kitab nəşr olunub. Bu kitablardan biri “Uşaq ədəbiyyatı”, digəri isə “Azərbaycan uşaq ədəbiyyatının mərhələli inkişafı” adlanır. “Uşaq ədəbiyyatı” dərsliyi Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq sərəncamı ilə təsdiq olunmuşdur. Kitabın müəllifləri tanınmış uşaq şairi, filologiya elmləri doktoru, professor Zahid Xəlil və filologiya elmləri namizədi Füzuli Əsgərlidir. Kitabda uşaq ədəbiyyatı ilə bağlı ədəbiyyatşünaslıq məsələləri, uşaq ədəbiyyatı anlayışı, tədris spesifikası və yaş xüsusiyyətləri, həmçinin görkəmli uşaq yazarları haqqında portret-oçerklər verilmişdir. Dərsliyə ilk dəfə olaraq dünya uşaq yazarlarının həyat və yaradıcılığı haqqında geniş məlumatlar daxil edilmişdir. Kitab təkcə uşaq ədəbiyyatı tarixini yox, həm də uşaq ədəbiyyatı nəzəriyyəsini özündə birləşdirir. Belə ki, uşaq ədəbiyyatının folklorla bağlı janrları olan tapmacalar, öcəşmələr, laylalar, düzgülər və s. haqqında da danışılır. Azərbaycan uşaq ədəbiyyatı N.Gəncəvi yaradıcılığından başlayaraq XXI əsrə qədər sistemli şəkildə tədqiq olunmuşdu. Emin Mahmudov və Namiq Abdullayevin uşaqlar üçün yazdığı elmi-fantastika janrı haqqında da kitabda geniş məlumat verilib. Dünya uşaq ədəbiyyatından isə Danimarka, Rusiya, İngiltərə, Türkiyə, Fransa, Amerika, Almaniya, İtaliya yazarları və onların əsərləri haqqında elmi məqalələr də kitaba daxil edilib. “Azərbaycan uşaq ədəbiyyatının mərhələli inkişafı” dərsliyi isə Füzuli Əsgərliyə məxsusdur. Kitab milli uşaq ədəbiyyatımızın təşəkkülündən, Azərbaycanda sovet dövründə yaranmış uşaq ədəbiyyatının təzadlı inkişaf yolundan (1920-1950-ci illər), müasir ədəbi prosesdə uşaq ədəbiyyatının problematika və ideya istiqamətləri (1960-1980-ci illər), müstəqillik illərində milli uşaq ədəbiyyatında bədii forma axtarışları və Azərbaycan uşaq ədəbiyyatının inkişafında ədəbi əlaqələrin və bədii tərcümələrin rolundan bəhs edir. Hər iki dərslik olduqca nəfis tərtibatla cap olunub. Fərid Hüseyn Mədəniyyət.- 2009.- 26 iyun.- S. 12.